Polşanın Jeşuv şəhərində Qırmızı Ordu abidəsinin sökülməsi üçün vəsait ayrıldı- ÖZƏL 

Polşanın cənub-şərqində yerləşən Jeşuv (Rzeszów) şəhərinin hakimiyyəti faşistlərdən şəhərin azad olunmasında iştirak etmiş Qırmızı Ordu əsgərlərinə həsr olunmuş abidənin sökülməsi üçün şəhər büdcəsindən 100 min zlotı (təxminən 25 min ABŞ dolları) vəsait ayırıb. Olaylar.az xəbər verir ki, bu barədə RMF24 radiostansiyası məlumat yayıb.
Məlumata görə, abidə 1951-ci ildə şəhərin mərkəzi meydanlarından birində ucaldılıb. Jeşuv administrasiyası onun sökülməsi ilə bağlı qərarı hələ 2018-ci ildə qəbul etsə də, maliyyə çatışmazlığı səbəbindən proses dəfələrlə təxirə salınıb.
Monument hündürlüyü 8,5 metr olan stela formasındadır və qranit əsas üzərində qurulub. Abidənin alt hissəsi döyüş səhnələrini əks etdirən barelyeflərlə bəzədilib. RMF24-ün məlumatına əsasən, söküntü işlərindən sonra stelanın muzeyə verilməsi, barelyeflərin isə şəhər qəbiristanlığına köçürülməsi planlaşdırılır. Abidənin tam sökülməsinin ümumi dəyərinin 3 milyon zlotıya (təxminən 750 min dollar) başa gələcəyi bildirilir. Çatışmayan vəsaiti Polşanın Milli Yaddaş İnstitutu (İNП) ayırmağa hazırdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31