Rusiya XİN: "Brüssel Ermənistandan anti-Rusiya kursuna tam sadiqlik tələb edəcək" – ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Vladislav Maslennikov Ermənistanın Avropa inteqrasiyası planlarını şərh edərkən İrəvanı gözləyən siyasi tələlər barədə xəbərdarlıq edib. 

Diplomat qeyd edib ki, üzvlük yolunda Brüssel gec-tez namizəd ölkələrdən öz xarici siyasət kursuna tam həmrəylik tələb etməyə başlayır.

Maslennikov bildirib ki, Aİ-yə namizədlik prosesi Brüsselin hazırkı "anti-Rusiya xətti" ilə tam uzlaşmağı məcburi edir.
Rusiya rəsmisi Qərbi Balkan ölkələrini (Albaniya, Şimali Makedoniya, Serbiya, Monteneqro) misal çəkərək, onilliklərdir ağır şərtləri yerinə yetirən ölkələrin hələ də üzv ola bilmədiyini xatırladıb: "Brüsselin bütün tələblərini yerinə yetirmək hələ Aİ-yə üzvlük demək deyil."

Diplomatın fikrincə, Aİ üzvlüyü heç də rifah vəd etmir. O, buna nümunə olaraq 20 ildir ittifaqda olan Baltikyanı ölkələrin "qənaətbəxş olmayan" iqtisadi və demoqrafik göstəricilərini göstərib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31