Medvedçuk Ali Radanı “çürümüş cəsəd”ə bənzətdi- ÖZƏL 

Ukraynada fəaliyyəti qadağan edilmiş "Müxalifət Platforması- Həyat Uğrunda" partiyasının keçmiş lideri, "Başqa Ukrayna" hərəkatının rəhbəri Viktor Medvedçuk Ali Radanın artıq ölkə üçün həyati əhəmiyyət daşıyan heç bir məsələni həll edə bilmədiyini bildirib.
Medvedçuk qeyd edib ki, hazırda Ukrayna parlamentində 393 deputat var, halbuki Konstitusiyaya əsasən bu rəqəm 450 olmalıdır. Onun sözlərinə görə, Prezident Volodimir Zelenski hakimiyyətə gəldikdən sonra Konstitusiyanı pozaraq bir sıra deputatları vətəndaşlıqdan məhrum edib və bu əsasla onların deputat mandatları ləğv olunub. Bundan əlavə, bəzi deputatlar ölkəni tərk edərək mandatlarını təhvil verib, bir qismi isə majoritar deputat olduqları halda vəfat edib. Lakin onların yerinə əlavə seçkilər keçirilmədiyi üçün yerlər boş qalır.
Olaylar.az xəbər verir ki, Medvedçuk bu fikirləri "Smotrim.ru" saytında dərc olunan məqaləsində səsləndirib. O vurğulayıb ki, mövcud vəziyyətdə Ali Rada "çürüməkdə olan bir cəsədi" xatırladır və ölkə qarşısında duran heç bir vacib problemi həll etmək iqtidarında deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31