Türkiyə ölmüş erməni hərbçilərin ailələrinə yardım edəcək?
19:53 DünyaTürkiyə Ermənistanda "həlak olan hərbçilərin ailələri, təqaüdçülər və xüsusi qayğıya ehtiyacı olan ailələr də daxil olmaqla, Ermənistan cəmiyyətinin həssas təbəqələrini dəstəkləmək üçün" 10 milyon dollar maddi yardım edəcək.
Globalinfo.az xəbər verir ki, bu iddia ilə "Caucasian Live" teleqram kanalı çıxış edib.
İddiaya görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bununla bağlı sərəncam imzalayıb.
"Bu, Türkiyənin Ermənistana ilk maddi dəstək paketidir.
Vəsait Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Hakobyanın rəhbərlik etdiyi "Mənim Addımım" xeyriyyə fonduna yatırılacaq", - məlumatda bildirilir.
Qeyd edək ki, sözügedən iddiaya Türkiyə və Ermənistan rəsmi münasibət bildirilməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31