ABŞ rəsmiləri Moskva-Vaşinqton-Kiyev təmasları barədə Rusiyanı məlumatlandırıb – ÖZƏL
11:21 DünyaABŞ rəsmiləri Vaşinqtonun Kiyev və Avropa ölkələri ilə apardığı təmaslar barədə Rusiya hakimiyyətini şəxsən məlumatlandırmaq üçün Moskvaya səfər ediblər.
Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə İkinci departamentinin direktoru Aleksey Poliçuk "Kommersant" qəzetinə bildirib.
Poliçuk əlavə edib ki, Rusiya və ABŞ arasında Ukrayna münaqişəsi ilə bağlı təmaslar müxtəlif səviyyələrdə davam edəcək. Onun sözlərinə görə, "beləliklə, danışıqlar prosesi kifayət qədər dinamik vəziyyətdədir".
XİN rəsmisinin sözlərinə görə, Rusiya tərəfi bu təmaslar zamanı Prezident Vladimir Putinin 2024-cü ilin iyununda səsləndirdiyi prinsipial mövqelərə, eləcə də 2025-ci ilin avqustunda Alyaskada əldə olunmuş kompromis qarşılıqlı anlaşmalara əsaslanır.