Zelenski: Belarus Moskvanın müharibə alətinə çevrilib

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya Belarusdan Ukraynaya və Avropaya qarşı təzyiq aləti kimi istifadə edir.

Olaylar.az xəbər verir ki, onun sözlərinə görə, Rusiya Belarus ərazisini "Oreşnik" raketləri ilə şantaj üçün poliqona çevirib, həmçinin reaktiv "Şahed" dronlarının bir qismi Ukraynaya qarşı hücumları Belarusdan idarə olunur.

Zelenski qeyd edib ki, Belarusda real hakimiyyət xalqdan çox Lukaşenkonun əlində cəmlənib və ölkənin Moskvadan asılılığı getdikcə dərinləşir.

Ukrayna lideri vurğulayıb ki, Belarus sənayesi Rusiyanın müharibə ehtiyaclarına xidmət edir, ticarət əlaqələri isə Kremlə Avropa üçün təhlükə yaradan komponentləri əldə etməyə imkan verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31