“Pul da versən, geri çəkilən deyiləm!” – Səidə-Rəqsanə qalmaqalı böyüdü: sərt ittiham!

Müğənni Rəqsanə İsmayılova və aparıcı Səidə Bəkirqızı arasındakı qalmaqal rezonans doğurub. Məsələ Səidə Bəkirqızının ifaçının geyimi haqda fikir bildirməsi ilə başlayıb, sonradan qarşı tərəfin sosial şəbəkələrdə yayılan təhqir və böhtan xarakterli açıqlamaları ilə dərinləşib. Belə ki, müğənni aparıcını açıq sözlərlə təhqir edib.

Globalinfo.az-a danışan Səidə Bəkirqızı məsələni hüquqi yolla həll edəcəyini və məhkəməyə müraciət etməyə hazırlaşdığını bildirib:

"Artıq vəkillə danışmışıq və bütün zəruri sənədlər hazırlanıb. Mən barəmdə yayılan böhtan və qarayaxma xarakterli, həqiqətə uyğun olmayan məlumatlara görə qarşı tərəfin cinayət məsuliyyətinə cəlb olunmasını və həbsini birmənalı şəkildə tələb edəcəyəm. Bildiyiniz kimi, bu cür əməllər qanunvericiliklə cinayət məsuliyyəti yaradır. Ona görə də heç bir təzminat qarşılığında belə həbs tələbindən geri çəkilməyəcəyəm. Çünki şərəf və ləyaqətim bütün maddi məbləğdən üstündür".

Aparıcı deyib ki, Rəqsanə İsmayılova danışarkən hazırda ev dustaqlığında olduğunu nəzərə almalı idi:

"O, elektron qolbaqla gəzir, bu səbəbdən xüsusilə ehtiyatlı və məsuliyyətli davranmalı idi. Təhqirə keçmədən, etik çərçivədə işimi, aparıcılığımı tənqid edə bilərdi. Çünki mən onu təhqir etməmişdim. Lakin o, sosial şəbəkə vasitəsilə ailəmi söydü, şərəf və ləyaqətimi alçaltdı. Bu səbəbdən qarşı tərəfin əməllərinə hüquqi qiymət verilməsini və barəsində qanunauyğun tədbir görülməsini tələb edirəm. Mövqeyim qətidir və geri addım atmayacağam. Rəqsanə haqqımda dediklərini sübut etməlidir. Uşaqlarımın yetim olmağından əminliklə danışırsansa, ortaya fakt qoy! Dediklərini sübut etsən, səndən üzr istəməsəm, heç kişi qızı deyiləm!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31