Leysan yağışlar Afrikanın cənubunda 100-dən çox can aldı

Afrikanın cənub bölgəsində - Cənubi Afrika Respublikası (CAR), Mozambik və Zimbabvedə leysan yağışlarının səbəb olduğu sel və daşqınlar 100-dən çox insanın həyatına son qoyub.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

CAR hökuməti ölkənin şimal əyalətlərində təbii fəlakət nəticəsində azı 19 ölüm faktının qeydə alındığını bildirib. Ölkənin tanınmış Krüger Milli Parkını su basdığından düşərgədə qalan turistlər və qoruğun işçiləri həftənin əvvəli helikopterlə təxli olunmuşdular.

Qonşu Mozambikdə isə ötən ilin sonundan bəri davam edən anomal yağıntılı hava şəraitinin yaratdığı fəsadlar nəticəsində azı 103 nəfər həyatını itirib. Məlumata görə, bu ölümlərin səbəbləri arasında cərəyan vurma, daşqında boğulma, sərt hava şəraiti səbəbindən infrastrukturun çökməsi və vəba yer alır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31