Timoşenko Zelenski hakimiyyətini “faşist rejim” adlandırdı
16:24 DünyaUkraynanın "Batkivşina" Partiyasının lideri Yuliya Timoşenko ölkədə hakimiyyətdə olan rejimi, prezident Volodimir Zelenskinin rəhbərliyi altında, "faşist" kimi xarakterizə edib. Olaylar.az xəbər verir ki, Timoşenko bu fikirləri deputatların ələ alınması işi üzrə ona qarşı seçilmiş qətimkan tədbiri ilə bağlı məhkəmə iclasında səsləndirib. Onun sözlərinə görə, ölkəni tərk etməyə məcbur edilməsi üçün təzyiqlər göstərilib: "Məni ölkədən qovmaq istəyirlər. Üç dəfə ölkədən çıxmağa icazə verib geri qayıtmamağımı dedilər. Amma mən buradayam və heç yerə getməyəcəyəm. İstəyirəm ki, həm NABU-da, həm də onlara göstəriş verənlər bilsinlər: ölkə mahiyyət etibarilə bu faşist rejimdən azad olunana qədər burada qalacağam".
Məhkəmə iclasının canlı yayımı "TSN" telekanalı tərəfindən yayımlanıb. Timoşenko ona qarşı irəli sürülən ittihamları bir daha rədd edib və prosesi siyasi sifariş adlandırıb.
Prokurorluq Timoşenkoya qarşı qətimkan tədbiri kimi 50 milyon qrivna (təxminən 1,1 milyon ABŞ dolları) məbləğində girov tələb edir.