Xatəmidən Pezeşkian açıqlaması: Böyük sui-qəsd hazırlanıb

İranın keçmiş prezidenti Məhəmməd Xatəmi ölkədə davam edən genişmiqyaslı etirazları "planlaşdırılmış böyül sui-qəsd" adlandırıb.

Teleqraf xəbər verir ki, o, bəyanatında İranın hazırkı Prezidenti Məsud Pezeşkian və onun administrasiyasına dəstəyini ifadə edib.

"Xalq etirazlarının ilk günlərində hökumətin nümayiş etdirdiyi davranışı görməzdən gəlmək ədalətsizlikdir", - Xatəmi deyib.

Keçmiş prezident baş verənlərə görə İsrail və ABŞ-ni ittiham edib:

"İsrail rəsmilərinin açıqlamaları və ABŞ-nin etirazçılara dəstəyi İrana qarşı böyük, planlaşdırılmış sui-qəsdin hazırlandığına dair heç bir şübhə yeri qoymur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31