İsrail: ABŞ yaxın günlərdə İrana zərbə endirə bilər- ÖZƏL 

İsrail rəsmiləri ABŞ-ın yaxın günlərdə İrana hərbi zərbə endirə biləcəyinə inanırlar. Olaylar.az xəbər verir ki, bu barədə Axios portalı mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, Vaşinqtonun hazırkı planı İranın təhlükəsizlik qüvvələrinə məxsus obyektlərə hücumları nəzərdə tutur. Lakin İsrail tərəfi bu variantı kifayət qədər effektiv hesab etmir.
Amerikalı rəsmilər isə vurğulayıblar ki, İranda etirazçılara qarşı edamların yenidən bərpa olunacağı təqdirdə, hərbi müdaxilə seçimi hələ də gündəmdə qalır

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31