İrəvan separatçıları boğur: Qarabağ tədbirinə son anda qadağa

Ermənistan hakimiyyəti yanvarın 18-də İrəvanda məhv olmuş separatçı qondarma rejimə həsr olunmuş "mədəni tədbirin" keçirilməsinə qarşı çıxıb.

Musavat.com xəbər verir ki, Ermənistanın "Hraparak" nəşrinin mənbələrə istinadən yaydığı məlumata görə, rəsmi dairələr Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşları vasitəsilə tədbirin təşkilatçıları ilə birbaşa təmas qurublar.

İlkin mərhələdə onlardan tədbirin ümumiyyətlə keçirilməməsi xahiş olunub.

Təşkilatçılar bundan imtina etdikdən sonra isə onlara ciddi xəbərdarlıq edilib ki, tədbir heç bir halda siyasi xarakter almamalı, revanşist şüarlarla müşayiət olunmamalı və qalmaqala səbəb olmamalıdır.

Məlumata görə, rəsmi İrəvan belə təşəbbüslərin separatçı və ruspərəst dairələr tərəfindən yenidən siyasi alətə çevrilməsindən, eləcə də daxili ictimai gərginliyin artmasından narahatdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31