Ukraynaya kəşfiyyat məlumatlarının üçdə ikisini Fransa verir

ABŞ-nin yardımı azaltdıqdan sonra Fransa Ukraynanın əsas kəşfiyyat təminatçısı rolunu öz üzərinə götürüb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron hazırda Fransanın Ukraynaya lazım olan kəşfiyyat məlumatlarının təxminən üçdə ikisini təmin etdiyini bildirib.

Makron vurğulayıb ki, Ukrayna əvvəllər ABŞ kəşfiyyatından çox asılı olub, lakin Fransa indi bu boşluğu doldurur.

Makron onu da qeyd edib ki, Fransa silahları Amerika silahlarından üstündür. O, Avropa İttifaqını Ukraynaya silah almaq üçün Avropa kredit vəsaitlərindən istifadə etməməyə çağırıb, çünki bu, təchizatda gecikmələrə səbəb ola bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31