İrana qarşı zərbələr hər an endirilə bilər- ÖZƏL
11:30 Dünya"İrandakı edamların ən azı müəyyən bir dövr üçün dayandırılması baxımından prezident Trampın Tehrana xəbərdarlıqları yerində idi. Amma açığı, güman etmirəm ki, məsələ bitmiş sayılır". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Elşad Paşasoy deyib: "İrana qarşı nöqtəli zərbələr hər an endirilə bilər. Bəhanə və səbəblər kifayət qədərdir: ən azı 2 mindən artıq ölü, 20 minədək həbs, davam edən repressiyalar, Tehranın Yaxın Şərq siyasəti. İsrail amili də öz sözünü deyir. Bəs, Tramp niyə İranı dərhal bombalamadı? ABŞ və Avropa vətəndaşlarına "İranı təcili tərk edin", deyəndən dərhal sonra İrana zərbələr endirilməsi həmin şəxslərin edam kötüyünə çıxarılmasına zəmin hazırlamaq idi. Zənnimcə, həmin insanların son nəfərədək ölkədən çıxmasını gözləyir ABŞ və İsrail. Təbii ki, sonrakı gedişat, rejimlə danışıqlar, alver amili də öz sözünü deyə bilər. Müharibə heç bir halda arzuolunan deyil, təki olmasın, bölgəmiz alovlara qərq olar..."