Brüsseldə ara qarışdı: Kiyevə görə qaydalar dəyişə bilər
11:27 Dünya"Avropa İttifaqı (Aİ) Ukraynanın xeyrinə üzvlük prosesini dəyişə bilər".
Globalinfo.az xəbər verir ki, bu barədə "The Financial Times" qəzeti yüksək vəzifəli Avropa rəsmilərinə istinadən məlumat yayıb.
Bildirilib ki, bir çox üzv dövlət belə bir addıma qarşı çıxır:
"Rəsmilər təklif edir ki, Kiyev Aİ-yə əsas qərarlarda iştirak etmək hüquqlarını azaltmaqla qoşula bilər. Onlar həmçinin Ukraynaya tədricən Avropa vahid bazarına çıxış, kənd təsərrüfatı subsidiyaları və inkişaf maliyyələşdirməsi vermək istəyirlər.
Sistemin dəyişdirilməsi ilə bağlı təkliflər artıq hazırlanır, hərbi münaqişə həll edildikdən sonra Ukraynanın Aİ-yə daxil olma prosesi sürətləndirəcək. Lakin müzakirələr hələ ilkin xarakter daşıyır. Bir neçə Aİ ölkəsi artıq planlarla bağlı narahatlıqlarını ifadə edib".