Rusiya ABŞ-nin İrana qarşı hərbi güc tətbiqini pislədi – ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya BMT Təhlükəsizlik Şurasının iclasında ABŞ-nin İrana qarşı aqressiv siyasətini və hərbi güclə hədələməsini kəskin tənqid edib. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Vaşinqtonun bu addımlarını beynəlxalq hüququn kobud şəkildə pozulması və suveren dövlətin daxili işlərinə müdaxilə kimi qiymətləndirib.

Rusiya hesab edir ki, bəzi ölkələr İrandakı mövcud narazılıqlardan istifadə edərək hakimiyyəti devirməyə çalışır.
Nebenzya 2025-ci ilin iyununda baş vermiş hadisələri xatırladaraq, bölgədə mümkün nüvə fəlakətinə yol aça biləcək hərbi avantüralardan çəkinməyə çağırıb.

Qeyd edək ki, İranda dekabrın sonundan başlayan və valyutanın dəyərdən düşməsi ilə alovlanan etirazlar toqquşmalarla müşayiət olunub. Tehran bu iğtişaşların təşkilində ABŞ və İsraili ittiham edərək, vəziyyətin artıq nəzarətə alındığını bəyan edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31