2026-cı ilin ilk tropik qasırğası Sakit okeanda formalaşıb- ÖZƏL
11:02 Dünya2026-cı ildə ilk tropik qasırğa Sakit okeanda gözləniləndən xeyli əvvəl - yanvar ayında formalaşıb. Nokaen adlandırılan tropik qasırğa Filippin adalarından bir qədər şərqdə yaranıb. Olaylar.az xəbər verir ki, bu barədə Primorsk Hidrometeorologiya Xidməti - Primgidromet məlumat yayıb. Qurumun direktoru Boris Kubayın sözlərinə görə, qasırğa hazırda birinci nömrəli tropik sistem kimi qeydə alınıb və yaxın 3-4 gün ərzində Filippinlər ətrafında hərəkət edəcək. Proqnozlara əsasən, daha sonra zəifləyərək mövcudluğunu dayandıracaq.
Mütəxəssislər bildirirlər ki, tropik qasırğaların adətən may ayından sonra formalaşmasına baxmayaraq, Nokaenin yanvar ayında yaranması nadir və diqqətçəkən meteoroloji hadisədir. Bu fakt iqlim proseslərində baş verən dəyişikliklərin növbəti göstəricisi kimi dəyərləndirilir.