ABŞ Daxili Təhlükəsizlik Departamenti i tənqidlərə cavab verib-ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ Daxili Təhlükəsizlik Departamenti (DHS) immiqrasiya polisinin fəaliyyətini nasist Almaniyasının SS qüvvələri ilə müqayisə edən solçu fəallara qarşı qalmaqallı addım atıb. Qurum sosial şəbəkələrdə paylaşdığı mem vasitəsilə bu tənqidçilərə "psixi sağlamlıq problemləri üçün dərman qəbul etməyi" tövsiyə edib.
Paylaşılan şəkildə ofisiant kostyumunda təsvir olunan pinqvin boşqabda dərman qutusu təqdim edir və şəkilin altında "Sizin şizofreniya dərmanlarınız" ifadəsi yer alır. Bu memlə DHS sol fəalların səsləndirdiyi ittihamlara reaksiya verib.
Məsələ DHS rəhbəri Kristi Noemin çıxışı zamanı mikrofonun üzərində yerləşdirilən sloqanla bağlı yaranıb. Sloqanda "Bizimkilərdən birinə qarşı - hamınıza qarşı" ifadəsi yer alıb. Bu çağırış qeyri-qanuni miqrantlar və radikal fəallar tərəfindən hüquq-mühafizə orqanlarına qarşı zorakılıq hallarında cavab tədbirlərinin görülməsinə işarə kimi təqdim edilib. Solçu fəallar isə bu ifadəni İkinci Dünya müharibəsi dövründə SS tərəfindən mülki əhaliyə qarşı həyata keçirilən cəza əməliyyatlarında istifadə olunan şüarlarla müqayisə ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31