Giorgi Sioridze: Beynəlxalq məhkəmə yalnız beynəlxalq araşdırmaya əsaslanmalıdır – ÖZƏL

"Əgər beynəlxalq məhkəmə çəkişməsi olacaqsa, bu proses 2025-ci ilin dekabrında beş gün ərzində bizi hansı maddə ilə zəhərlədiklərini müəyyən edən beynəlxalq araşdırmaya əsaslanmalıdır. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həqiqəti gizlətmək üçün qurduğu tamaşaya yox." 

Olaylar.az xəbər verir ki, bu fikirləri "Lelo - Güclü Gürcüstan" partiyasının liderlərindən biri Giorgi Sioridze səsləndirib.

Onun sözlərinə görə, "Gürcü Arzusu"nun təbliğatı vətəndaşların kimyəvi zəhərlənməsi ilə bağlı işi tamamilə ört-basdır edib. Sioridze bildirib ki, hakim partiya BBC-yə qarşı genişmiqyaslı məhkəmə prosesi aparacağını elan etsə də, indiyədək bu istiqamətdə real addım atılmayıb.

"Sonda məlum oldu ki, Kommunikasiyalar Komissiyası BBC-yə qarşı analoji quruma şikayət təqdim edib. Əgər doğrudan da beynəlxalq səviyyədə məhkəmə prosesi baş tutacaqsa, bu, 2025-ci ilin dekabrında beş gün ərzində bizi hansı maddə ilə zəhərlədiklərini ortaya çıxaran beynəlxalq araşdırmanın nəticələrinə əsaslanmalıdır. DTX-nin sübutları gizlətmək üçün beş gün ərzində nümayiş etdirdiyi şouya yox," - deyə Giorgi Sioridze vurğulayıb.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31