Paşinyan II Qaregini “Rusiyanın hibrid silahı” elan etdi - Kremlin agenti...

Ermənistan baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qarageni növbəti dəfə hədəfə alıb. O bildirib ki, II Qaragen Rusiyanın Ermənistana qarşı apardığı hibrid müharibənin konkret nümunəsidir.

Musavat.com xəbər verir ki, hökumətdə keçirilən brifinq zamanı News.am jurnalisti Ermənistanın baş naziri Nikol Paşinyandan hakimiyyətin Rusiyanı tez-tez ittiham etdiyi "hibrid müharibə" anlayışı ilə konkret olaraq nəyi nəzərdə tutduğunu soruşub.

Jurnalist həmçinin Paşinyanın son vaxtlar Rusiya Federasiyasına səfərləri zamanı Vladimir Putinlə görüşdə bu məsələni qaldırıb-qaldırmadığını və hansı cavabı aldığını da sorğu edib.

Baş nazir suala belə cavab verib: "Siz soruşursunuz ki, hibrid müharibəyə hansı nümunə var? Ktrıç Nersisyan (erməni katolikos II Qaregin - red.) hibrid müharibənin çox konkret bir nümunəsidir", -deyə Paşinyan qısa şəkildə bəyan edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31