“İranı Azərbaycan vasitəsi ilə tərk edə bilməyəcəksiniz” –ABŞ vətəndaşlarına xəbərdarlıq etdi
12:23 DünyaABŞ-nın Azərbaycandakı səfirliyi vətəndaşlarına xəbərdarlıq edib.
Musavat.com xəbər verir ki, xəbərdarlıqda bildirib ki, ABŞ vətəndaşları İranı Azərbaycan vasitəsilə tərk edə bilməyəcəklər. Buna səbəb isə İrandan Azərbaycana girişin məhdudlaşdırılması göstərilib:
"ABŞ vətəndaşları dərhal İranı tərk etməlidirlər. Təhlükəsiz olduqları təqdirdə quru yolu ilə Türkiyəyə və ya Ermənistan vasitəsi ilə çıxın. İranı Azərbaycan vasitəsilə təcili tərk etməli olan ABŞ vətəndaşları bilməlidirlər ki, gərginliyin artdığı dövrlərdə, o cümlədən 2025-ci ilin iyun ayında İranla İsrail arasında baş verən münaqişə zamanı ABŞ vətəndaşlarının İrandan Azərbaycana girişi məhdudlaşdırılıb. Buna görə də ABŞ vətəndaşlarına İrandan alternativ yolları nəzərdən keçirmələri tövsiyə olunur".