İran inqilabı kritik mərhələdə: “Xamneyi öldürülsə, xalq onun ətrafında birləşəcək”- ÖZƏL
11:56 Dünya"İranda baş verən hadisələr iqtidarda və müxalifətdə real gücün kimin tərəfində olduğunu üzə çıxardı. Hazırda İranda real güc hakim molla rejiminin, İran rəhbəri Əli Xamneyinin əlindədir. Müxalifətdə isə əsas güc devrilmiş şahın oğlu, ABŞ-da yaşayan Rza Pəhləvidir. Xalq mücahidlərinin tərəfdarları var. Azərbaycanlı siyasətçi Məsud Pezeşkian isə legitim seçilmiş prezidentdir. Onu da "Bəsic"də, SEPAH-da dəstəkləyənlər çoxdur". Bu sözləri Olaylar.az-a açıqlamasında Güney Azərbaycan üzrə araşdımaçı jurnalist Elman Cəfərli deyib. Onun sözlərinə görə, bəz qüvvələr İranda mövcud siyasi düzənin, real güclərin üzə çıxmasında maraqlı deyillər: "Çox təəssüf ki, son 20 ildə "Milli Hərəkat təmsilçiləri" adı ilə dəstək verdiyimiz adamların Güneydə real gücü yoxdur. Onların çoxu Amerikada, Avropada, Bakıda yaşayır, guya "Güney adına" işlər görürlər. Amma onlar verilən dəstəyin müqabilində iş yarıtmayıblar, qurduqları televiziyalar Güney insanına xitab edə bilmir. Özlərini Güneydə tanıyan yoxdur. Baş verən proseslərə təsir imkanları 0-ın altındadır. Halbuki indiyə qədər bizim Güney Azərbaycanda proseslərə təsir edən siyasi fəallardan ibarət ordumuz olmalı idi. Bir neçə ilə öncə Ermənistanın baş naziri Nikol Paşinyan Tehrana səfər edəndə onun qaldığı otelin, tədbir keçirdiyi binanın qarşısında azərbaycanlı fəallar aksiya keçirməli idi. Tehran bu gün dünyada ən çox türk yaşayan şəhərlərdən biridir. Niyə orda 50 nəfər fəal yetişdirə bilməmişik? Təbrizi özündə niyə 100 nəfər tərəfdarımız yoxdur? Azərbaycanda fars yaşamır, amma İran Mədəniyyət Mərkəzinin rəhbəri Əli Əkbər Ocaqnejad İranın sözünü deyən, Xamneyiyə ağam deyən onlarla jurnalist, meyxanaçı, rövzəxan yetişdirmişdi. Amma Güneydə o qədər resursumuz var, biz heç nəyə nail ola bilməmişik. Çünki bu işə məsul olan adamlar tamahkar və diletantdır. Onları Azərbaycanın maraqları yox, öz cibləri düşündürür".
Bəs Güney Azərbaycan milli hərəkatı hansı gücdədir, hadisələrə real təsir imkanları varmı? Elman Cəfərli bildirib ki, Güney Azərbaycanda milli kimlik mübarizəsi, ana dili hərəkatı var, amma proseslərə real təsir gücü yoxdur: "Güney Azərbaycanda özünü türk sayan, Azərbaycanı, Türkiyəni sevən, Turan qurulmasını istəyən milyonlarla insan var. Ancaq onlar təşkilatlanmayıb. Abbas Lisani Ərdəbildə, Yürüş Mehrəlibəyli Şərqi Azərbaycanda hərəkat fəalıdır. Tehranda, Qəzvin, Urmuda çoxlu milli fəallar var. Amma onların arxasında güclü təşkilat yoxdur, özümüzü aldatmayaq. Azərbaycanlılar İran cəmiyyətiin tərkib hissəsidir. Onlar digər iranlılar kimi mollaçı, şahçı, mücahidçidir. Ümumən Azərbaycan türkləri Məsud Pezeşkianı öz liderləri hesab edirlər. Molla rejimi devrilsə, Xamneyi fiziki cəhətdən aradan götürülsə, İran türkləri Pezeşkianın ətrafında birləşəcəklər".
İbrahim Məmmədli