Ukraynada fövqəladə vəziyyət elan edildi: Ölkə kritik durumda

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin enerji sektorunda fövqəladə vəziyyət elan olunduğunu açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə o, Teleqram kanalında məlumat verib.

Prezidentin sözlərinə görə, təmir briqadaları, enerji şirkətləri, kommunal xidmətlər və Dövlət Fövqəladə Hallar Xidməti elektrik və istilik təchizatının bərpası üçün gecə-gündüz çalışır. Bir çox məsələnin təcili həllə ehtiyacı var.

Zelenski bildirib ki, Kiyevdə Baş nazirin birinci müavini və energetika nazirinin rəhbərliyi ilə fövqəladə enerji vəziyyətinin koordinasiyası üçün daimi qərargah yaradılıb.

Hökumət avadanlıqların təhlükəsizliyinin təmin edilməsi və elektrik enerjisi idxalının artırılması məqsədilə beynəlxalq tərəfdaşlarla əməkdaşlığı gücləndirir, həmçinin ehtiyat enerji mənbələrinin istifadəsini asanlaşdırır.

Bundan əlavə, komendant saatı qaydalarına yenidən baxıldığı, dəstək mərkəzlərinə çıxışın genişləndirildiyi və biznes üçün daha çevik planlaşdırma imkanlarının yaradıldığı qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31