Region silkələnir: Ermənistan Türkiyə ilə sərhədi...
18:38 DünyaErmənistanın baş naziri Nikol Paşinyan Türkiyə ilə sərhəddə bir neçə yeni körpünün tikintisinin mümkünlüyünü açıqlayıb.
Musavat.com xəbər verir ki, bu planlar kommunikasiyaların blokdan çıxarılması və Ermənistan-Türkiyə sərhədinin mümkün açılışı çərçivəsində müzakirə olunur.
Paşinyanın sözlərinə görə, əsas layihələr Marqara və Axurik keçid məntəqələri ətrafında nəzərdə tutulur. Həmin ərazilərdə körpülərlə yanaşı, gömrük və sərhəd terminallarının inşası da planlaşdırılır. Baş nazir həmçinin Naxçıvanla sərhəddə yerləşən Yerasx istiqamətində infrastruktura dair layihələrin gündəmdə olduğunu bildirib.
Bununla yanaşı, Paşinyan İcevan-Qazax xətti üzrə də nəqliyyat və kommunikasiya layihələrinin istisna edilmədiyini vurğulayıb. Bu istiqamət regionda tranzit imkanlarının genişlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Türkiyə tərəfi isə sərhəddə hazırlıqları sürətləndirir. Məlumatlara görə, Ermənistan-Türkiyə sərhədində yerləşən Əlican keçid məntəqəsində işlərin təxminən 90 faizi tamamlanıb. Burada gömrük və sərhəd prosedurları üçün yeni binalar tikilir, əraziyə istiqamət nişanları və reklam lövhələri quraşdırılır. Məqsəd Ermənistan vətəndaşlarını İğdır və ətraf bölgələrə turizm baxımından cəlb etməkdir.