Oktay Kaynarca fahişəlik və narkotik ittihamlarına - CAVAB

Narkotik istintaqı çərçivəsində saxlanılan Oktay Kaynarca ifadəsində "Rabia Karacanın Murat Gülibrahimoğlu ilə Oktay Kaynarcanın yaxın dost olduqları, narkotik və fuhuş məclislərində bir-birlərinə qadın hədiyyə etdikləri" şəklindəki bəyanatını qəbul etmədiyini bildirib.

Musavat.com xəbər verir ki, dünən keçirilən əməliyyatla səhər saatlarında saxlanılan qan, saç və sidik nümunələri götürülən Kaynarcanın prokurorluqda verdiyi ifadə üzə çıxıb.

Kaynarca Rabia Karacanın onunla bağlı bəzi sözlərini qəbul etdiyini, lakin narkotik və fuhuşla bağlı iddiaları yalanladığını deyib.

"VASİTƏÇİLİK ETMƏRƏM"

Murat Gülibrahimoğlu ilə yaxın dost olduğunu bildirən Kaynarca, "Lakin fuhuş kimi bir cinayətdə vasitəçilik etməyim əsla mümkün deyil. Rabia Karaca adlı şəxsi qətiyyən tanımıram", - deyə bildirib.

Oktay Kaynarcanın prokurorluqda verdiyi ifadənin tam mətni belədir:

"İfadəmin əvvəlində qeyd etmək istəyirəm ki, mən hər zaman narkotik kimi qadağan olunmuş maddələrə qarşıyam. Sual verdiyiniz Günyüzü Konaklarındakı evə getmişəm. Orada Murat Gülibrahimoğlu var idi. Göstərdiyiniz fotolardakı əyləncə qrupunun orada olduğuna şahid oldum. Rabia Karacanın ifadə etdiyi 'Murat Gülibrahimoğlu ilə Oktay Kaynarcanın yeni hava limanı tərəflərində Yaxın Şərqlilərə xitab edəcək inşaat layihəsi ilə bağlı reklam siması olma təklifini qəbul etdikləri' şəklindəki bəyanatını qəbul edirəm. Murat Gülibrahimoğlu ilə yaxın dostam. Fatih Keleş adlı şəxsi də Murat Gülibrahimoğlunun yanında gördüyüm üçün tanıyıram.

"PULU GERİ QAYTARDIM"

Rabia Karacanın ifadə etdiyi 'Murat Gülibrahimoğlu ilə Oktay Kaynarcanın yaxın dost olduqları, narkotik və fuhuş məclislərində bir-birlərinə qadın hədiyyə etdikləri' şəklindəki bəyanatını qəbul etmirəm. Murat mənim yaxın dostumdur, lakin fuhuş kimi bir cinayətdə vasitəçilik etməyim əsla mümkün deyil. Rabia Karaca adlı şəxsi qətiyyən tanımıram. Murat Gülibrahimoğlundan tanıtım filmi üçün 100 min dollar almışdım. Daha sonra bu layihə həyata keçirilmədiyi üçün pulu geri qaytardım. Layihə ilə bağlı çəkiliş aparıldı, lakin həyata keçirilmədi."

NƏ BAŞ VERMİŞDİ?

İstanbul Respublika Baş Prokurorluğu tərəfindən məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində dünən səhər saatlarında 6 yeni şəxs barəsində saxlanılma qərarı verilmişdi.

Bu çərçivədə Narkotik Cinayətlərlə Mübarizə Şöbə Müdirliyi və İl Jandarma Komandanlığı əməkdaşları tərəfindən əməliyyat keçirilmişdi.

Əməliyyat zamanı Oktay Kaynarca, Emel Müftüoğlu, Neda Şahin, Ali Sert, müğənni Rabia Karataş və sosial media fenomeni Selen Çetinkaya saxlanılmışdı.

İstanbul Respublika Baş Prokurorluğu məsələ ilə bağlı açıqlama vermişdi. Saxlanılan şəxslər barəsində "istifadə məqsədilə narkotik və ya psixotrop maddə saxlamaq", "narkotik istifadəsini asanlaşdırmaq", "bir şəxsi fuhşa təşviq etmək, bunun yolunu asanlaşdırmaq və ya fuhuşa vasitəçilik etmək və ya yer təmin etmək" və "qumar oynanması üçün yer və imkan yaratmaq" ittihamları irəli sürülmüşdü.

QAN, SAÇ VƏ SİDİK NÜMUNƏLƏRİ GÖTÜRÜLDÜ

6 nəfər xəstəxanada tibbi müayinədən keçirildikdən sonra Məhkəmə-Tibb Ekspertiza İnstitutuna aparılmışdı. Burada onlardan qan, saç və sidik nümunələri götürülmüş, daha sonra Çağlayandakı İstanbul Ədliyyə Sarayına göndərilmişdilər.

Oktay Kaynarca, Emel Müftüoğlu, Neda Şahin və Selen Çetinkaya barəsində məhkəmə nəzarəti tədbiri tətbiq edilmişdi. Ali Sert və sosial media fenomeni Rabia Karataş isə həbs edilmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31