Danimarka Qrenlandiyaya qoşun və hərbi texnika göndərib- ÖZƏL
15:39 DünyaDanimarka Müdafiə Nazirliyi Qrenlandiyaya hərbi texnika və qabaqcıl hərbi dəstə göndərib. Olaylar.az xəbər verir ki, bu barədə Danimarka Radiosu (DR) məlumat yayıb. Bildirilir ki, nazirlik adaya daha böyük hərbi kontingentin və Müdafiə Nazirliyinin digər bölmələrinin yerləşdirilməsinə hazırlaşır.
DR Müdafiə Nazirliyinə məxsus "Challenger" tipli təyyarənin bazar ertəsi Qrenlandiyanın paytaxtı Nuuk şəhərinə eniş etdiyini əks etdirən fotolar da dərc edib. Lakin radionun məlumatına görə, təyyarənin qabaqcıl dəstə ilə birbaşa əlaqəsi hələlik təsdiqlənməyib. Danimarka Silahlı Qüvvələrinin komandanlığı da məsələ ilə bağlı şərh verməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31