İranda ölü sayı 20 minə çata bilər?

İrandan gələn məlumatlara görə, dekabrın 28-də başlayan genişmiqyaslı hökumət əleyhinə etirazlar zamanı ölənlərin sayı 12 mindən 20 minə qədər ola bilər.

Milli.Az xəbər verir ki,"CBS News" ölkə daxilindəki mənbələrə istinadla bildirir ki, telefon xətləri bərpa olunandan sonra fəallar ölənlərin sayını təxmin etməyə başlayıblar.

Tehranda yayılan videolarda morqlarda yığılmış cəsədlər görünür və onların çoxunda güllə yaraları, kəsiklər və digər ağır xəsarətlər mövcuddur. İran rəsmiləri hələlik rəsmi açıqlama verməyiblər.

Böyük Britaniyanın xarici işlər naziri bildirib ki, hökumətin bildirdiyi 2 min ölən rəqəmi çox güman ki, həqiqəti əks etdirmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31