İrəvanda yeni yol layihəsinə etiraz

İran-Ermənistan sərhədində nəqliyyat və iqtisadi əməkdaşlıq layihələrinin gündəmə gəldiyi bir vaxtda revanşist baxışları ilə tanınan politoloq Benyamin Matevosyan hökumətin regiondakı yeni nəqliyyat dəhlizlərinin açılması və ABŞ ilə münasibətləri normallaşdırması istiqamətində atdığı addımları sərt tənqid edib.

Musavat.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Matevosyan öz teleqram kanalında yayımladığı mesajda xüsusilə ABŞ və İran arasındakı gərginliyi bəhanə edərək, Ermənistanın İranla sərhədi boyunca həyata keçiriləcək potensial yol layihələrinə və iqtisadi əlaqələrin genişləndirilməsinə qarşı çıxış edib. O, bu prosesləri "yanlış vaxt", "geopolitik təhlükə" və "tarixi səhv" kimi qələmə verib.

Erməni politoloq regionda ABŞ-İran gərginliyini qabardaraq, Ermənistanın Qərblə yaxınlaşmasının və yeni ticarət-tranzit yollarının açılmasının ölkəni "riskə atdığını" iddia edib və beləliklə də İranla əməkdaşlığın yeni mərhələyə keçməsinə faktiki etirazını bildirib.

Matevosyanın bu çıxışı Ermənistan cəmiyyətində uzun illər dominant olan və rusiyayönümlü siyasətə bağlayan köhnə siyasi yönün əks-sədası kimi qiymətləndirilir. Həmin yanaşma regionda iqtisadi inteqrasiyanı, nəqliyyat kommunikasiyalarının bərpasını və sərhədlərin açılmasını "təhlükə" kimi təqdim edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31