İrəvandan şok bəyanat: Ermənistan artıq xarici zəmanətçilərə inanmır

Ermənistanın Xarici İşlər Naziri Ararat Mirzoyan, rəsmi İrəvanın beynəlxalq razılaşmaların həyata keçirilməsində xarici zəmanətçilərin roluna əsaslanan köhnə yanaşmadan tamamilə imtina etdiyini açıqlayıb.

Musavat.com-un məlumatına görə Mirzoyan bildirib ki, üçüncü ölkələrdən gələn "zəmanətlər" praktikada sazişlərin pozulmasının qarşısını almır və bu yanaşma Ermənistan üçün artıq faydasızdır.

Ermənistanın yeni yanaşması, qarşılıqlı fayda və tərəflərin real maraqlarına əsaslanan əməkdaşlığa üstünlük verilməsini nəzərdə tutur. Bu yanaşma, yalnız hüquqi öhdəliklərə deyil, həm də real və davamlı əməkdaşlığa əsaslanır. Mirzoyan vurğulayıb ki, bu prinsiplər regionda sülh proseslərinin daha möhkəm təməlini yaradacaq.

Bundan əvvəl, beynəlxalq zəmanətçilər məsələsi Ermənistan üçün əhəmiyyətli olsa da, Mirzoyan bunun artıq özünü doğrultmadığını, çünki zəmanətlərin sazişlərin pozulmasının qarşısını ala bilmədiyini qeyd edib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31