İrandan Trampın çağırışına cavab gəldi
11:34 Dünya"ABŞ-ın bütün hərəkətləri İrana hərbi müdaxilə üçün bəhanə yaratmağa yönəlib, lakin Vaşinqton uğursuz olacaq".
Globalinfo.az xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəliyi məlumat yayıb.
"ABŞ-ın İrana qarşı fantaziyaları və siyasəti rejim dəyişikliyinə əsaslanır. Sanksiyalar, təhdidlər, mütəşəkkil iğtişaşlar və xaos hərbi müdaxilə üçün bəhanə yaratmaq vasitəsi kimi istifadə olunur. Bu ssenari artıq dəfələrlə uğursuz olub", - deyə bəyanatda qeyd edilib.
Yanvarın 13-də ABŞ Prezidenti Donald Tramp deyib ki, hökumət əleyhinə aksiyalarda iştirak edənlərə qarşı zorakılıqlar dayandırılana qədər İran rəsmiləri ilə heç bir təmas olmayacaq.
"İranlı vətənpərvərlər, etirazlara davam edin, dövlət idarələrini ələ keçirin. Qatil və zorakıları tanıyın, onların adlarını yadda saxlayın. Onlar bunun əvəzini ödəyəcəklər", - deyə Ağ Ev rəhbəri bildirib.