Paşinyanın əsas rəqibində ikitərəfli pnevmoniya aşkarlandı
10:28 DünyaBu günlərdə barəsində həbs qətimkan tədbiri dəyişdirilən milyarder Samvel Karapetyan ev dustaqlığında olarkən təqribən 7 ay keçmədiyi tibbi müayinədən keçib və məlum olub ki, onun ikitərəfli pnevmoniyası var.
Musavat.com-un məlumatına görə, bu barədə Karapetyanın vəkili Aram Vardevanyan jurnalistlərə deyib.
İddia edib ki, Karapetyan iki ay ərzində narahatlıq keçirsə də, bu vəziyyətdə cəzaçəkmə müəssisəsində saxlanılıb və onun xəstəliyi aşkarlanmayıb. Məsul şəxslər isə onun səhhətində heç bir problemin olmadığını əmin ediblər.
"Bu, cinayət hərəkətsizliyinə yaxın bir hərəkətdir", - Vardevanyan bildirib.
Müdafiə tərəfi iddia edir ki, Samvel Karapetyana qarşı cinayət işi bütün ermənilərin katolikosu II Qareginlə görüşündən və onun hər zaman Erməni Apostol Kilsəsini və erməni xalqını dəstəkləməsi barədə bəyanatlarından sonra başlanıb. Ancaq iş adamı özünü günahkar hesab etmir.
Qeyd edək ki, erməni kilsəsinin donoru funksiyasını icra edən Karapetyan qarşıdakı seçkilərdə baş nazir Nikol Paşinyanın əsas rəqibi hesab olunurdu.