“Dövlət idarələrini ələ keçirin, artıq kömək göndərmişik” – Trampdan çağırış
20:13 Dünya"Hökumət əleyhinə aksiyalarda iştirak edənlərə qarşı zorakılıqlar dayandırılana qədər İran rəsmiləri ilə heç bir təmas olmayacaq".
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində paylaşım edib.
"İranlı vətənpərvərlər, etirazlara davam edin, dövlət idarələrini ələ keçirin. Qatil və zorakıları tanıyın, onların adlarını yadda saxlayın. Onlar bunun əvəzini ödəyəcəklər", - deyə Tramp bildirib.
ABŞ prezidenti qeyd edib ki, iranlı rəsmilərlə bütün görüşlər dayandırılıb və bu, etirazçılara qarşı zorakılıqlar başa çatana qədər davam edəcək. ABŞ prezidenti, həmçinin, yardımın artıq göndərildiyini açıqlayıb:
"Biz İranı yenidən böyük dövlət edəcəyik", - deyə Tramp vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31