SENSASİYA: İsrail bu tarixdə İrana hücum edə bilər

Olaylar.az xəbər verir ki, bu barədə "Ynet" portalı məlumat yayıb.

İclas Bakı vaxtı ilə 21:00-da keçiriləcək. Bu fonda Nobel Sülh Mükafatı laureatı Şirin Ebadi İran hakimiyyətini kütləvi qətlləri gizlətmək üçün interneti kəsməkdə və informasiya blokadası yaratmaqda ittiham edib. O, 8-9 yanvar tarixlərində azı 12 min nəfərin öldürüldüyünü yazan məlumatlara istinad edərək beynəlxalq araşdırmaya çağırıb.

İranda davam edən kütləvi etirazlar fonunda BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Folker Türk təhlükəsizlik qüvvələrinin dinc etirazçılara qarşı artan zorakılığından dərin sarsıntı keçirdiyini bildirib. BMT mənbələrinə görə, ölənlərin sayı yüzlərlədir. Hüquq müdafiəçiləri etirazlar zamanı 500-dən çox insanın həlak olduğunu bildirir. İran rəsmiləri isə real itki sayının daha yüksək ola biləcəyini etiraf edirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31