Saqatelyan: "Samvel Karapetyan siyasi təzyiqlərlə üz-üzədir" – ÖZƏL
13:22 DünyaOlaylar.az xəbər verir ki, Ermənistanın müxalif "Ermənistan" blokunun deputatı İşxan Saqatelyan, "Taşir" şirkətlər qrupunun rəhbəri Samvel Karapetyana qarşı irəli sürülən ittihamları kəskin pisləyib. O, iş adamının Erməni Apostol Kilsəsinə verdiyi dəstəyə görə siyasi təqiblərə məruz qaldığını bildirib.
Saqatelyanın sözlərinə görə, Karapetyan milli kimliyi və kilsəni müdafiə etdiyi üçün hədəf seçilib. 2025-ci ilin iyununda həbs edilən iş adamının cəzası dekabrın 30-da ev dustaqlığı ilə əvəz olunub.
Karapetyan "xüsusilə külli miqdarda çirkli pulların yuyulmasında" ittiham olunsa da, o, bu ittihamları rədd edərək hökumətin ona təzyiq etdiyini bildirir.
ARF Daşnaksütun partiyası Karapetyanın təsis etdiyi "Mer dzevov" ("Öz yolumuzla") hərəkatını müsbət qiymətləndirir və onun müxalif cinahda rol alacağını gözləyir.
Lamiyə Cəbrayılova