ABŞ-da Qrenlandiyanın ilhaqı təklifinə az şans verilir- ÖZƏL 

ABŞ Nümayəndələr Palatasında Qrenlandiyanın ABŞ-a birləşdirilməsini nəzərdə tutan qanun layihəsinin qəbul olunma ehtimalı çox aşağıdır. Olaylar.az xəbər verir ki, sənaye portalı Govtrack-ın məlumatına görə, layihənin Xarici Əlaqələr Komitəsi tərəfindən təsdiqlənmə şansı 10%-dən, Palata tərəfindən qəbul edilmə ehtimalı isə cəmi 2%-dən artıq deyil.
Qanun layihəsini Floridanın Respublikaçı nümayəndəsi Rendi Fayn təqdim edib. Layihənin qəbul olunması halında ABŞ prezidenti Qrenlandiyanı ilhaq etmək və ya digər yollarla ABŞ ərazisinə birləşdirmək üçün lazımi tədbirlər görmək səlahiyyətinə malik olacaqdı. Belə bir addımdan sonra Qrenlandiya ABŞ-ın ştatı hesab olunacaqdı.

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31