Təxminən 1000 Gömrük və Sərhəd Mühafizəsi əməkdaşı Minnesotaya göndəriləcək-ÖZƏL

ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyi (DHS) Minnesotaya-Minneapolis şəhərinə əlavə olaraq təxminən 1 000 Gömrük və Sərhəd Mühafizəsi (CBP) əməkdaşı göndərəcək. Bu qərar ICE - ABŞ-ın Miqrasiya və Gömrük Xidməti əməkdaşının bir yerli sakini ölümcül şəkildə güllələməsindən sonra qəbul edilib. Olaylar.az xəbər verir ki, məlumatı The New York Times yayıb.
Nazirliyin sözçüsü Trişa Maklaflin bildirib ki, göndərilən əlavə qüvvələr hazırda Minneapolisdə yerləşdirilmiş 2 min nəfərlik DHS kontingentinə qoşulacaq. ICE nümayəndələri isə baş verənləri "qurumun tarixində ən iri əməliyyat" adlandırıblar.
Minnesota ştatının baş prokuroru Kit Ellison isə federal hökuməti məhkəməyə verib. O, ICE əməkdaşlarının ştat ərazisində yerləşdirilməsini "konstitusiya və federal qanunların pozulması" kimi qiymətləndirib və bildirib ki, iddia Minnesotanın dairə məhkəməsinə təqdim olunub.

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31