İravunk: 100-ə yaxın din xadimi Paşinyana qoşulacaq – ÖZƏL
13 Yanvar 10:36 DünyaOlaylar.az xəbər verir ki, "İravunk" qəzetinin məlumatına görə, yaxın günlərdə təxminən 100 din xadimi Ermənistanın baş naziri Nikol Paşinyanı dəstəkləyən prosesə qoşulacaq. Mənbələr bildirir ki, Kçoyan həftənin sonunadək ən azı 100 din xadimini bu prosesə cəlb edəcəyinə söz verib.
Qəzetin qeyd etdiyinə görə, yayılan şayiələrə əsasən, Kçoyan Paşinyana sədaqətini nümayiş etdirmək üçün daha hansı addımı ata biləcəyini bilmədiyini deyir. "İravunk"un məlumatına görə, son görüşlərin birində o, çoxsaylı din xadimləri ilə birlikdə bütün ermənilərin katolikosunun yanına gedərək onun vəzifədən uzaqlaşdırılmasına nail olacağına dair vəd verib.
Lamiyə Cəbrayılova
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31