Jirinovskinin İranla bağlı sensasion proqnozu üzə çıxdı

Rusiya Liberal Demokrat Partiyasının sabiq rəhbəri, 2022-ci ildə ölən Vladimir Jirinovskinin İrandakı vəziyyət və Rusiya-ABŞ danışıqları ilə bağlı proqnozu ortaya çıxıb.

Globalinfo.az xəbər verir ki, bu barədə jurnalist Ruslan Ostaşko paylaşım edib.

Jirinovski İrana hücum ediləcəyini, bundan sonra Rusiya və ABŞ-ın dünyada təsir dairələrini bölüşdürməyə başlayacağını deyib.

"Onlar zərbə endirəcəklər - Amerika gəmiləri artıq İran sahillərinə doğru hərəkət edir, siz bunu görmürsünüz. İrana zərbə endirildikdən sonra milyonlarla qaçqın olacaq, sonra Rusiya və ABŞ Prezidenti Soçidə oturub razılığa gələcəklər. Yalta (1945-ci il Yalta Konfransı) əvəzinə, Soçi olacaq", - deyə siyasətçi bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31