Papuaşvili: Aİ-nin xarici siyasəti peşəkarsızlığın simvoluna çevrilib – ÖZƏL

Avropa İttifaqının bugünkü xarici siyasəti peşəkarsızlığın açıq nümunəsidir. Olaylar.az xəbər verir ki, bu fikirlə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili çıxış edib.

Papuaşvili bildirib ki, Avropa İttifaqının xarici siyasətinin hansı nəticələrə gətirib çıxaracağı əvvəldən bəlli idi. Onun sözlərinə görə, beynəlxalq hüququ pozaraq başqa ölkədə radikal qrupların anti-hökumət mitinqində iştirak edən xarici işlər naziri olan bir baş nazirin Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi təyin edilməsi bu vəziyyətin əsas səbəblərindən biridir.

"Bu gün Avropa İttifaqının xarici siyasəti peşəkarsızlığın simvoluna çevrilib və getdikcə Avropa xalqlarının maraqlarından uzaqlaşır", - deyə Papuaşvili vurğulayıb.

Gürcüstan parlamentinin sədri bu fikirləri Slovakiyanın baş naziri Robert Fitsonun Avropanın "dərin böhran"la üz-üzə qaldığını deməsindən sonra səsləndirib. Fitsonun sözlərinə görə, Avropa İttifaqı heç vaxt indiki qədər zəif, parçalanmış və aciz vəziyyətdə olmayıb.

Robert Fitso həmçinin Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın istefa verməli olduğunu bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31