OPEC+ Qazaxıstan üçün yeni kompensasiya planını təsdiqlədi – ÖZƏL
10:09 DünyaOPEC+ alyansı Qazaxıstanın neft hasilatında yol verdiyi artıqlamanı kompensasiya etmək üçün yeni qrafiki təsdiqləyib. Ölkə 2026-cı ilin iyuluna qədər plana uyğun olaraq hasilatı 3,536 milyon barel azaltmalıdır.
Olaylar.az xəbər verir ki, ArbatMedia-nın məlumatına görə, söhbət müəyyən edilmiş limitlərdən artıq hasil edilmiş həcmdən gedir. Bu rəqəm Qazaxıstanın mövcud saziş üzrə iki günlük hasilat normasından daha çoxdur. "Qazaxıstanın neft və qazı" Teleqram kanalının verdiyi xəbərə görə, alyans iştirakçıları yenilənmiş qrafiki artıq razılaşdırıblar. Saziş çərçivəsində Qazaxıstanın 2026-cı ilin yanvar-mart ayları üçün hasilat kvotası sutkada 1,569 milyon barel səviyyəsində müəyyən edilib.
Eyni zamanda, OPEC-in yaydığı məlumatda səkkiz üzv ölkənin - Səudiyyə Ərəbistanı, Rusiya, İraq, BƏƏ, Küveyt, Qazaxıstan, Əlcəzair və Omanın fevral və mart aylarında hasilat səviyyəsini sabit saxlamaq niyyətində olduqları bildirilir.
Qeyd olunur ki, bu qərar regiondakı geosiyasi gərginliyə, o cümlədən Səudiyyə Ərəbistanı ilə BƏƏ arasındakı fikir ayrılıqlarına və Venesuela ətrafında baş verən son siyasi hadisələrə baxmayaraq qəbul edilib.