Maduro harada və necə saxlanılır? Bağdasarov açıqladı
12 Yanvar 21:40 DünyaVenesuela Prezidenti Nikolas Maduronun vəkillərinin verdiyi məlumata görə, o, hazırda normal şəraitdə saxlanılır və şəraitindən narazılığı yoxdur.
Globalinfo.az-ın xəbərinə görə, Rusiyanın Karakasdakı səfiri Sergey Melik-Bağdasarov "Birinci kanal"a verdiyi açıqlamada bildirib ki, Maduro sonadək dayanmaq əzmindədir.
"Əldə etdiyimiz məlumatlara əsasən, prezident Maduronun vəkilləri onun normal şəraitdə saxlanıldığını və hər hansı şikayətinin olmadığını bildirirlər. O, Venesuelanın hərbi əsir statuslu prezidenti olduğunu bəyan edib və sona qədər dayanmaq niyyətini bir daha təsdiqləyib", - deyə diplomat vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31