Referendum keçirilsə, Rumıniya ilə birləşməyə səs verərdim - Moldova Prezidenti
19:36 DünyaMoldova Prezidenti Maya Sandu bildirib ki, ölkədə Rumıniya ilə birləşmək üçün referendum keçirilsə, o, bu təşəbbüsün lehinə səs verərdi.
Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə "The Rest Is Politics" podkastında çıxışı zamanı danışıb.
Prezidentin sözlərinə görə, mövcud beynəlxalq şəraitdə kiçik dövlətlər üçün suverenliyi və demokratik idarəetməni qoruyub saxlamaq getdikcə daha çətinləşir. O, Moldovanın üzləşdiyi qeyri-sabit beynəlxalq mühitə və mürəkkəb xarici çağırışlara diqqət çəkib.
Sandu qeyd edib ki, regional və qlobal proseslər fonunda Moldova öz təhlükəsizliyini və gələcəyini təmin etmək üçün müxtəlif ssenariləri müzakirə etməyə məcburdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31