Pəhləvi İran etirazlarında yeni mərhəlini elan etdi
15:22 Dünyaİranın devrilmiş şahının ABŞ-da yaşayan oğlu Rza Pəhləvi etirazçılara videomüraciət ünvanlayıb.
Globalinfo.az xəbər verir ki, o, mübarizəsinin yeni mərhələsini elan etdiyini bildirib.
"Mən sizə parabellum (tapança) verəcəyəm. Beynəlxalq aləm bizə kömək edəcək. Mən İslam Respublikasını devirmək və sevimli İranımızı geri qaytarmaq məqsədilə milli üsyanın yeni mərhələsini elan edirəm.
İran daxilində şəhərlərin mərkəzi küçələrinin ələ keçirilməsi və nəzarətdə saxlanılması ilə yanaşı, rejimin yalan təbliğatına xidmət edən və kommunikasiya xətlərinin kəsilməsinə cavabdeh olan bütün qurum və orqanlar legitim hədəf sayılır.
Dövlət qurumlarının əməkdaşları, eləcə də silahlı qüvvələrin və təhlükəsizlik strukturlarının üzvləri xalqın yanında yer alaraq millətin tərəfinə keçmək imkanı əldə edirlər, ya da xalqın qatilləri ilə əməkdaşlıq etməyi seçib millətin əbədi nifrət və lənətinə tuş gəlirlər.
İrandan kənarda yerləşən bütün İran səfirlikləri və konsulluqları İran xalqına məxsusdur. Artıq İslam Respublikasının rüsvayedici bayrağı əvəzinə İranın milli bayrağı ilə bəzədilməsinin vaxtı çatıb.
Biz tək deyilik. Qlobal yardım tezliklə gələcək. Növbəti mesajlarımı gözləyin", - R.Pəhləvi qeyd edib.