Honkonq Rusiyaya qarşı birtərəfli sanksiyaları tanımır- ÖZƏL
14:55 DünyaHonkonq hökuməti xarici dövlətlərin Rusiyaya qarşı tətbiq etdiyi birtərəfli məhdudiyyətləri tanımadığını bəyan edib.
Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Honkonqdakı baş konsulu TASS agentliyinə müsahibəsində məlumat verib. Onun sözlərinə görə, Honkonq yalnız BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənmiş sanksiyalara əməl edir və ayrı-ayrı dövlətlərin qəbul etdiyi məhdudlaşdırıcı tədbirləri hüquqi əsas kimi qəbul etmir.
Baş konsul vurğulayıb ki, bu mövqe Honkonqun beynəlxalq hüquqa və azad ticarət prinsiplərinə sadiqliyindən irəli gəlir. O bildirib ki, Honkonq biznes və maliyyə mərkəzi kimi fəaliyyət göstərdiyi üçün siyasi motivli iqtisadi məhdudiyyətlərdən uzaq durmağa çalışır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31