Paşinyanın partiyasından “Ermənistanda hərbi əməliyyat” fikrinə REAKSİYA
14:53 Dünya"Ermənilərə və Ermənistana olan "sevgi"sini daim nümayiş etdirən təbliğatçı Solovyov Ermənistanda da "xüsusi hərbi əməliyyat" keçirilməsini tələb edir".
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın hakim Mülki Müqavilə Partiyasından olan deputat Arusyak Culakyan deyib.
"Bu, Ermənistan Respublikasına qarşı düşmən mövqeyin açıq təzahürüdür və mütləq adekvat cavab almalıdır. Buna Ermənistanın cavabı nə olmalıdır? Ən azı Solovyov Ermənistan tərəfindən ona verilmiş Fəxri ordenindən məhrum edilməlidir. Bu, Ermənistanın atmalı olduğu minimum addımdır.
Sənə müsbət yanaşanları belə özünə düşmən etmək üçün xüsusi "istedad" lazımdır. Solovyov Deyl Karneginin "Dostları necə qazanmalı" kitabını götürüb onun əksini "Düşmənləri necə qazanmalı" adlı kitab yazmalıdır. Balta bəzən kömək edə bilər, amma uzunmüddətli perspektivdə ən yaxşı fikir deyil", - A.Culakyan bildirib.