Tramp bu neft şirkətinin Venesuelada fəaliyyətinə icazə verməyə bilər

ABŞ Prezidenti Donald Tramp Amerikanın "Exxon" şirkətini Venesuelada fəaliyyətinə icazə verməməklə bağlı xəbərdar edib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri, iri neft şirkətlərinin nümayəndələri ilə görüşdən sonra keçirilən brifinqdə bildirib.

Məlumata görə, Ağ Evdə keçirilən toplantıda 20 neft şirkətinin, o cümlədən "Chevron", "Exxon", "Shell" və "ConocoPhillips" şirkətlərinin rəhbərləri iştirak edib.

"Exxon"a gəlincə - onların cavabı mənim qane eləmədi. Mən onları kənarda saxlamağa meyilliyəm",- Tramp jurnalistlərə bildirib.

Qeyd edək ki, ABŞ Energetika naziri Kris Rayt bildirib ki, artıq Venesuelada işləməyə hazır olduğunu bildirən 6-12 arası şirkət var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31