ABŞ İrana qarşı mümkün cavab variantlarını nəzərdən keçirir – ÖZƏL

ABŞ Prezidenti Donald Trampın administrasiyası İrana qarşı mümkün cavab addımlarını müzakirə edir. 

Olaylar.az xəbər verir ki, Politico qəzetinin mənbələrə istinadən verdiyi məlumata görə, yanvarın 13-də Trampa vəziyyətlə bağlı bir sıra seçimlər təqdim olunacaq.

Mənbələrin bildirdiyinə görə, bu variantlar İrana qarşı nöqtəvi hərbi zərbələrin endirilməsindən tutmuş kiberhücumların həyata keçirilməsinədək uzanır. Administrasiyada əsas məqsəd mülki əhali arasında itkilərin qarşısını almaq və təsirin yalnız İranın silahlı qüvvələri ilə məhdudlaşdırılmasıdır.

Qəzet yazır ki, hazırda Trampın İrana ABŞ qoşunlarının göndərilməsi planı yoxdur. Bununla belə, administrasiyanın bəzi üzvləri ABŞ-nin atacağı addımların Yaxın Şərqdə gərginliyi daha da artıra biləcəyindən ehtiyat edirlər. 

Xatırladaq ki, Tramp daha əvvəl İranda baş verən etiraz aksiyalarının iştirakçılarına "yardım göstərməyə hazır olduğunu" bəyan etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31