İrəvanda çaxnaşma: “Ermənistana yeni hərbi hücum” iddiası aranı qarışdırdı
11:19 DünyaRusiyalı telejurnalist, Kremlin əsas təbliğatçılarından Vladimir Solovyovun Ermənistan və Mərkəzi Asiya ilə bağlı açıqlaması rezonans doğurub.
Globalinfo.az xəbər verir ki, Solovyov artıq beynəlxalq hüquq anlayışının pozulduğunu, bu səbəblə Rusiyanın Ukraynaya tətbiq etdiyi yanaşmasını Ermənistan və Mərkəzi Asiyada da təkrarlamalı olduğunu bildirib.
Jurnalist Moskvanın Ermənistanı itirməsinin ciddi nəticələr doğura biləcəyini söyləyib və hər yolla bunu qarşısının alınması, hətta hərbi əməliyyatlara əl atılması üçün çağırış edib.
Onun açıqlaması Ermənistanda ciddi narazılıqla qarşılanıb. Milli Televiziya və Radio Komissiyasının sədri Tiqran Akobyan Solovyovun Ermənistan Respublikasının Şərəf Ordenindən məhrum edilməsi təklifini irəli sürüb. Onun bu təklifi ictimaiyyətdə dəstəklənib və Solovyova ciddi etiraz bildirilib.
"Bu günlərdə dövlətimizdən mükafat almış şəxs "Ermənistanı itirməmək" üçün ölkəmizə qarşı xüsusi hərbi əməliyyata başlamağı tələb edir. Hətta "Ukrayna ərazisində edilən" deyir. Ukraynadakı müharibə nəticəsində minlərlə insan ölüb, nə qədər şəxs əlil qalıb, uşaqlar həlak olub, təbiət məhv edilib. İndi bu şəxs eynisinin mükafatlandırıldığı ölkəyə də edilməsini istəyir. Biz nə etməliyik? Çox sadə şəkildə ölkəmizin qanunlarına uyğun olaraq ona verilən mükafatı bu manyakın əlindən almalıyıq", - Akobyan deyib.
Qeyd edək ki, Vladimir Solovyov 2013-cü ilin dekabrında "Ermənistan və Rusiya xalqları arasında dostluğun qurulmasına və inkişafına, eləcə də ölkələrimiz arasında sülhün möhkəmləndirilməsinə verdiyi əhəmiyyətli töhfəyə görə" Şərəf Ordeni ilə təltif edilib.