Britaniya müdafiə naziri Kiyevə gedərkən Lvovda “Oreşnik” raket zərbələri zamanı hava həyəcanı elan edilib- ÖZƏL 

Böyük Britaniyanın müdafiə naziri Con Hili Kiyevə səfəri zamanı Ukraynanın Lvov vilayətində Rusiyanın "Oreşnik" raket sistemi ilə endirdiyi zərbələr fonunda hava hücumu xəbərdarlığının səsləndiyini bildirib. Olaylar.az xəbər verir ki, onun sözlərinə görə, nümayəndə heyəti Kiyevə doğru hərəkət edərkən Lvov ətrafında sirenlərin səsini aydın şəkildə eşidib.
"Biz Kiyevə gedərkən Lvov yaxınlığında hava həyəcanı sirenlərini eşidəcək qədər yaxın idik. Bu, çox ciddi bir an idi," - deyə Hili Böyük Britaniya Müdafiə Nazirliyinin mətbuat xidmətinə açıqlamasında bildirib.
Rusiya Müdafiə Nazirliyi yanvarın 9-da verdiyi məlumata görə, "Oreşnik" raket sistemi ilə Lvov vilayətində bir sıra strateji əhəmiyyətli obyektlərə, o cümlədən pilotsuz uçuş aparatlarının istehsalı müəssisələrinə və enerji infrastrukturlarına zərbələr endirilib.
Rəsmi açıqlamada bildirilir ki, bu hücum Rusiyanın Novqorod vilayətində prezidentin iqamətgahına edilən dron hücumuna cavab olaraq həyata keçirilib. Nazirliyin məlumatına görə, həmin hücumda Lvovda istehsal edilmiş pilotsuz uçuş aparatlarından istifadə olunub

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31