Tramp İrana qarşı mümkün əməliyyatı Rubio, Hegset və Keyn ilə müzakirə edəcək -ÖZƏL
10:35 DünyaABŞ prezidenti Donald Tramp yanvarın 13-də Nazirlər Kabinetinin iclasını keçirərək İrana qarşı mümkün tədbirləri müzakirə edəcək. Olaylar.az xəbər verir ki, The Wall Street Journal qəzetinin mənbələrə istinadla verdiyi məlumata görə, müzakirələrə hərbi zərbələr, kiberhücumlar və yeni sanksiyalar da daxildir.
Məlumata əsasən, görüşə ABŞ dövlət katibi Marko Rubio, Pentaqonun rəhbəri Pit Hegset və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn dəvət olunub. Onların Trampa İranda baş verən iğtişaşlara cavab variantlarını, o cümlədən ölkə ərazisində hədəflərə zərbələrin endirilməsi ehtimalını təqdim edəcəyi gözlənilir. Bununla belə, WSJ yazır ki, Pentaqon mümkün hücumlara hazırlıq çərçivəsində hələlik İran sərhədlərinə əlavə qüvvələr göndərməyib.
Mənbələrin bildirdiyinə görə, Vaşinqton həmçinin İranın mülki və hərbi obyektlərinə qarşı kiberhücumların həyata keçirilməsini, əlavə anti-İran sanksiyalarının tətbiqini və ölkədə internetin kəsilməsi fonunda iğtişaş iştirakçıları arasında əlaqəni saxlamaq üçün Starlink terminallarının göndərilməsini nəzərdən keçirir.
Qəzet qeyd edir ki, bu iclas ABŞ administrasiyasının İranla bağlı mümkün addımları müzakirə etdiyi ilk rəsmi toplantı olacaq. Daha əvvəl Donald Tramp İranda baş verən hadisələrə, o cümlədən güc tətbiqi ilə cavab vermə ehtimalının ciddi şəkildə nəzərdən keçirildiyini açıqlamışdı.